Baku Jazz Center TƏQDİM EDİR

22-23 YANVAR Sevda Ələkbərzadə

Cəmil Əmirov

Birgə Konsert

İnformasiya dəstəyi - www.1news.az

Təşkilat dəstəyi - Baku Promotu Company



Sevda Ələkbərzade & Cəmil Əmirov


Başlanğıc: 20:30
Biletlər üçün Bakı Cazz Mərkəzinin kassasına müraciət edin

27 YANVAR Azərbaycan Respublikası Əməkdar artisti Natiq Şirinov və "Ritm" qrupu Bakı Caz Mərkəzinin səhnəsində Natiq Şirinov

Bakı Caz Mərkəzi, Baku Promote Company və www.1news.az informasiya agentliyinin birgə aksiyası

Xatırladirig ki, bu ay ərzində Bakı Caz Mərkəzində keçirilən konsertlər xeyriyyə məqsədi daşıyır!

Başlanğıc: 21:00
Biletlər üçün Bakı Caz Mərkəzinin kassasına müraciət edin
Biletin qiyməti: 30-50 AZN

28 YANVAR Azərbaycan Respublikası Əməkdar artisti Rain Sultanov
Rain Sultanov

Bakı Caz Mərkəzi, Baku Promote Company və www.1news.az informasiya agentliyinin birgə aksiyası

28 yanvar 2010 il, saat 20.00-da, Şövkət Məmmədova adına Opera studiyasında, Azərbaycan Respublikası Əməkdar Artisti, saksofonçu Rain Sultanovun konserti keçiriləcək.
Konsert proqramında Rain Sultanovun ən gözəl kompozisiyaları daxil olunub və ud, violonçel, perkussiya kimi alətlərindən istifadə olunacaq.
Konsertdən sonra, saat 22.00-da, Bakı Caz-mərkəzində populyar caz ifaçıların iştirakı ilə cem-seyşn keçiriləcək.

Başlanğıc:
konsert - 20:00
cem-seyşn - 22:00
Biletlər üçün Bakı Caz Mərkəzinin kassasına müraciət edin
Biletin qiyməti:
konsert - 20 AZN
cem-seyşn - 15 AZN

Bakı Jazz Mərkəzinə xoş gəlmisiniz

Bakı Caz Mərkəzi Azərbaycanda caz mədəniyyətinin inkişafı və dəstəyi üçün yaradilmışdır.

Yalnız burada siz bütövlükdə caz improvizasiyalarının həyəcanlandıran atmosferinə dala bilərsiniz. Burada siz məşhur caz musiqiçiləri dinləyə və müxtəlif caz istiqamətlərində işləyən gənc musiqiçilərlə tanış ola bilərsiniz.

Professional səs avadanlıqları sizə musiqidən unudulmaz həzz almaq imkani verəcək. Böyük ekranda isə yüksəs keyfiyyətli caz konsertləri və filmləri izləyə bilərsiniz.

Restoranımız sizə tamamilə yeni avropa mətbəxi menyusunu təqdim edir. Professional xidmət və təcrübəli personalımız sizin üçün rahat, sərbəst və isti mühit yaradacaqlar. Müasir üslubda bəzədilmiş geniş və gözəl zal sizə banket, korporativ tədbirlər və təqdimat mərasimləri keçirmək imkanı verəcək.

Əgər siz gözəl dincəlmək, xoş gecə keçirmək və əsl cazdan həzz almaq istəyirsinizsə, Bakı Caz Mərkəzi sizi gözləyir.

Hər axşam 21.00 – dan proqramimizda canlı musiqi:

Çərşənbə axşamı
Baku Jazz Band qrupu: Zaur Mirzəyev (tenor və alt saksafon), Azad Qurbanov (truba), Dəyanət Məmmədov (trombon), Əfqan Rəsulov (fortepiano), Saleh Məmmədov (basgitara) və Tofiq Cabbarov (perkussiyalar)

Çərşənbə
Caz Trio: Salman Qəmbərov (fortepiano), Ruslan Hüseynov (kontrabas və basgitara) və Ramin Sultanov (zərb alətləri)

Cümə axşamı
Rain Sultanovun kvarteti: Rain Sultanov (saksafonlar), Elçin Şirinov (fortepiano), Ruslan Hüseynov (kontrabas və basgitara) və Ramin Sultanov (zərb alətləri)

Cümə
Ülviyyə Rəhimova çıxış edir.
Müşayət edirlər: İsfar Sarabskiy (fortepiano), Ruslan Hüseynov (kontrabas və basgitara), Elçin Hüseyli (saksafon), Tofiq Cabbarov (perkussiyalar) və Ramin Sultanov (zərb alətləri)

Şənbə
Oxucu Aysel Quliyeva.
Müşayət edirlər: Emil Məmmədov (fortepiano), Ruslan Hüseynov (kontrabas) və Vaqif Əliyev (zərb alətləri)

Bazar
Caz kvartet: Elçin Şirinov (fortepiano), Timur Bulatov (truba), Ruslan Hüseynov (kontrabas) və Vaqif Əliyev (zərb alətləri)

Bazar ertəsi
Dünya caz ulduzlarının iştirakı ilə videokonsertlərin və filmlərin nümayişini böyük ekranda izləyə bilərsiniz.
Başlanğıc: saat 21.00