Baku Jazz Center TƏQDİM EDİR

ABŞ CAZ SƏFİRLƏRİ AZƏRBAYCANDA Brayn Horton Kvartetinin 9 iyun, 2009-cu ildə
Bakıda çıxışı

ABŞ-ın Bakıdakı səfirliyi, ABŞ Dövlət Departamenti və Linkoln Mərkəzi, Luiz Armstronq, Dizzi Gillespi və Dyuk Ellinqtonun ənənələrini davam edən, “caz səfirləri”nin yeni nəslini Azərbaycanda təqdim edir.

Brayn Horton Kvarteti 8-10 iyun tarixlərində Bakıda üç dəfə çıxış edəcək və Azərbaycanın caz sənətkarları ilə seminarlar keçirəcəklər. Konsertlər iyunun 8-də Filarmoniyada, iyunun 9-da Caz Mərkəzində və iyunun 10-da Landmark Rotunda Konsert Salonunda təşkil ediləcək.

Bakı proqramı “Ritm Yolları”ndan - bu yaz və yay həyata keçirilən Xaricdə Amerika Musiqisi layihələrindən biridir. Proqram çərçivəsində 10 ansambl Asiya, Afrika, Balkan Yarımadası, Avropa, Latın Amerikası və Yaxın və Orta Şərqə səfərlər edir. Linkoln Mərkəzində Caz ilə ABŞ Dövlət Departamentinin Təhsil və Mədəni Əlaqələr Bürosu arasında tərəfdaşlıq layihəsi olan Ritm Yolları 2005-ci ildə Birləşmiş Ştatlarla amerikalı musiqiçilərin tez-tez səfər etmədiyi ölkələr arasında mədəni hörməti və anlaşmanı təşviq etmək məqsədilə yaradılmışdır.

Brian Horton Quartet
BRAYN HORTON KVARTETİnin bluz, qruv və caz musiqisi ənənələrində dərin kökləri vardır. Şimali Karolina ştatının Darhem şəhərində yerləşən ansambl orijinal, təbii kompozisiyalar yaratmaq məqsədilə caz standartlarını yeni ideyalarla zənginləşdirərək çoxmilli mədəni ritmləri araşdırır və improvizasiyanı təşviq edir. Qrup ustadları, məsələn, Dekster Qordon, Dyuk Ellinqton və Çarlz Minqus kimi caz dahilərini, həmçinin yeni, qlobal şəhər qruvlarını öyrənmək yolu ilə inkişaf etmişdir.

Brayn Horton (saksefon) Şimali Karolinanın Kinston şəhərindən olan bəstəkar, saksefonçu, prodyuser və caz müəllimidir. O, 1997-ci ilin yazında Şimali Karolina Mərkəzi Universitetini caz ifaçılığı üzrə bakalavr dərəcəsi ilə bitirmişdir. Iki il sonra o, Nyu-York ştatının Kuins şəhərində yerləşən Aaron Kouplend Musiqi Məktəbindən Cimmi Hiiz və sonra da Ser Roland Hannanın rəhbərliyi altında magistr dərəcəsi almışdır. O vaxtdan bəri o, Hanna, Uinard Harper, Lui Belsn, Klark Terri və Delfeayo Marsalis kimi caz musiqiçiləri üçün qrup lideri, saydmən və bəstəkar/aranjimançı kimi çalışmışdır. Horton xüsusilə öz balladalarında detallara və melodiyaya diqqət yetirməsi ilə tanınır. Bəstəkar və aranjimançı kimi onun musiqisi Kolumbiya və Stenford Universitetləri, ESPN, Foot Locker və dirijor Spayk Li üçün çəkilmiş bir neçə müstəqil sənədli filmlərdə istifadə edilmişdir. Hazırda Horton, rezident artist Brenford Marsalislə yanaşı, Şimali Karolina Mərkəzi Universitetində qonaq professordur.

Cemio Braun (barabançı) caz səhnəsində digərlərindən fərqlənən barabançılardan biri kimi parlamağa başlamışdır. Caz klubundan tutmuş arenaya qədər müxtəlif şəraitlərdə sərbəst olan Braun özünün ilk barabançı karyerasına 16 yaşında atası, basçı Dartanyan Braun, anası, pianoçu və taxta nəfəsli alət mütəxəssisi Marsia Midcet və baraban müəllimi, Harlemdən Bernard Purdinin tələbəsi olan Slay Randolfun yanında başlamışdır. Sadəcə 10 il ərzində Braun çoxlu sayda musiqiçilərlə, o cümlədən Stiv Uander, Karlos Santana, Uinton Marsalis, Kamaal (Q-Tip də adlanır), Karl Kreq, Kenni Qaret, Stiv Turre, Faroa Sanders və Bobbi Hatçersonla çıxış etmişdir. Braunun uca səsli saksefonçu Qreq Tardi ilə birgə ikinci albomu yaxın zamanlarda buraxılacaqdır.

Amin Səlim (bass) ABŞ Dövlət Departamenti xəttilə əvvəlki turlarda Latın Amerikası, Rusiya və Şərqi Avropaya səfər etmişdir. Vaşınqton şəhərində doğulub böyümüş Səlim Kolumbiya Mahalı Gənclər Orkestri Proqramında və Dyuk Ellinqton İncəsənət Məktəbində bası öyrənmişdir. Bundan əlavə, Səlim Şimali Karolina Mərkəzi Universitetini ikinci dərəcəli fərqlənmə diplomu ilə bitirmiş və magistr dərəcəsini Kuins Kolleci nəzdindəki Aaron Kouplend Musiqi Məktəbində almışdır. Səlim hazırda Nyu-Yorkun Bruklin rayonunda yaşayır.

Ernest Törner (piano) 1999-cu ildən Yeni Orlean və Şimali Karolina musiqi səhnələrinin fəal üzvlərindən biridir. Törner caz elmləri üzrə bakalavr dərəcəsini Loyola Universitetindən almış və sonralar Yeni Orlean Universitetindən caz elmləri üzrə magistr dərəcəsinə yiyələnmişdir. Yeni Orleanda olarkən Törner bir çox dahi caz musiqiçiləri, o cümlədən Delfeayo, Ceysn və Ellis Marsalislər, İrvin Meyfild və Yeni Orlean Caz Orkestri ilə çıxış etmiş və dostlaşmışdır. Törner hal-hazırda Şərqi Karolina Universitetində caz pianosu üzrə müəllim işləyir və Şimali Karolina regionunda müxtəlif musiqi səylərində iştirak edir.

Master-klas
13:30
Konsert
20:30
Giriş pulsuzdur


Bakı Jazz Mərkəzinə xoş gəlmisiniz

Bakı Caz Mərkəzi Azərbaycanda caz mədəniyyətinin inkişafı və dəstəyi üçün yaradilmışdır.

Yalnız burada siz bütövlükdə caz improvizasiyalarının həyəcanlandıran atmosferinə dala bilərsiniz. Burada siz məşhur caz musiqiçiləri dinləyə və müxtəlif caz istiqamətlərində işləyən gənc musiqiçilərlə tanış ola bilərsiniz.

Professional səs avadanlıqları sizə musiqidən unudulmaz həzz almaq imkani verəcək. Böyük ekranda isə yüksəs keyfiyyətli caz konsertləri və filmləri izləyə bilərsiniz.

Restoranımız sizə tamamilə yeni avropa mətbəxi menyusunu təqdim edir. Professional xidmət və təcrübəli personalımız sizin üçün rahat, sərbəst və isti mühit yaradacaqlar. Müasir üslubda bəzədilmiş geniş və gözəl zal sizə banket, korporativ tədbirlər və təqdimat mərasimləri keçirmək imkanı verəcək.

Əgər siz gözəl dincəlmək, xoş gecə keçirmək və əsl cazdan həzz almaq istəyirsinizsə, Bakı Caz Mərkəzi sizi gözləyir.

Hər axşam 21.00 – dan proqramimizda canlı musiqi:

Çərşənbə axşamı
Baku Jazz Band qrupu: Zaur Mirzəyev (tenor və alt saksafon), Azad Qurbanov (truba), Dəyanət Məmmədov (trombon), Əfqan Rəsulov (fortepiano), Saleh Məmmədov (basgitara) və Tofiq Cabbarov (perkussiyalar)

Çərşənbə
Caz Trio: Salman Qəmbərov (fortepiano), Ruslan Hüseynov (kontrabas və basgitara) və Ramin Sultanov (zərb alətləri)

Cümə axşamı
Rain Sultanovun kvarteti: Rain Sultanov (saksafonlar), Elçin Şirinov (fortepiano), Ruslan Hüseynov (kontrabas və basgitara) və Ramin Sultanov (zərb alətləri)

Cümə
Ülviyyə Rəhimova çıxış edir.
Müşayət edirlər: İsfar Sarabskiy (fortepiano), Ruslan Hüseynov (kontrabas və basgitara), Elçin Hüseyli (saksafon), Tofiq Cabbarov (perkussiyalar) və Ramin Sultanov (zərb alətləri)

Şənbə
Oxucu Aysel Quliyeva.
Müşayət edirlər: Emil Məmmədov (fortepiano), Ruslan Hüseynov (kontrabas) və Vaqif Əliyev (zərb alətləri)

Bazar
Caz kvartet: Elçin Şirinov (fortepiano), Timur Bulatov (truba), Ruslan Hüseynov (kontrabas) və Vaqif Əliyev (zərb alətləri)

Bazar ertəsi
Dünya caz ulduzlarının iştirakı ilə videokonsertlərin və filmlərin nümayişini böyük ekranda izləyə bilərsiniz.
Başlanğıc: saat 21.00