Baku Jazz Center TƏQDİM EDİR

K.C. Şenye və The Red Hot Louisiana Band qrupunun konserti 17 sentyabr
ABŞ səfirliyi C.J. Şenyeni və “The Red Hot Lousiana Band”i Azərbaycanda böyük məmnuniyyətlə təqdim edir. Qrup iki pulsuz konsert verəcək: 17 sentyabr saat 20.30-da Bakı Caz Mərkəzində və 18 sentyabr saat 18.30-da Sumqayıt Kimyaçılar Mədəniyyət Evinin qarşısındakı meydanda.
Səfirlik bu layihənin həyata keçirilməsində dəstəyinə görə Mədəniyyət və Turizm Nazirliyinə öz təşəkkürünü bildirir. Məhz bu dəstəyin sayəsində Amerika musiqisinin qeyri-adi janrı ilk dəfə Azərbaycana gələcək.
Bu tədbirin keçirilməsi ərəfəsində biz qonaqlarımız barədə məlumatı öz saytımızda yerləşdirmək qərarına gəldik.
Kleyton Cozef Şenye Zaydeko (musiqi növüdür) Kralı məşhur Klifton Şenyenin oğludur. O, 1957-ci ildə Texas ştatında, Port Arturda anadan olub və boya-başa çatıb. Öz arvadı ilə Lafayetdə yaşayan atası ilə o, lazım olandan olana görüşərdi. Yeniyetmə yaşına çatdıqdan sonra anasının soy adını qəbul edərək sonralar C.J.Tomson kimi tanınaraq zaydekoya kiçik maraq göstərir.
O, saksofon və dilli alətlərdə ifa edən istedadlı musiqiçi idi və bu baxımdan 1978-ci ildə onun atasının uzun bir qastrol turu üçün saksofonçuya ehtiyacı olduğundan bunun üçün oğlunu dəvət etdi. C.J.Tomson atasının dünyasının, zaydeko dünyasının sirlərinə çox tez yiyələndi. Akkordion ifa etməyi öyrəndi və eləcə də öz soy adını qanuni olaraq Şenyeyə dəyişdirdi.

K.C. Şenye və The Red Hot Louisiana BandK.C. Şenye və The Red Hot Louisiana Band
Səhhətinin pisləşməyə başladığını görən Klifton Şenye oğlunun onun yerinə keçməsinə icazə verdi və 1987-ci ildə o vəfat etdikdən sonra C.J.Şenye “Red Hot Louisiana Band”-in rəhbəri oldu. O, Mişel Tisserona demişdi ki, əsla atasını birbaşa təqlid etməyəcək: “Mən özüm necə ifa edirəmsə elə də ifa edəcəm. O, mənə demişdi ki, əlimdən gələni edim. Mən də bunu öz ifa tərzimlə edə bilərəm.” Amma atası kimi o da piano dilli akkordionda ifa edir. Bu ona indi əksər zaydeko qruplarında ifa olunan adi dilli akkordionda ifa etməkdən daha çox azadlıq verir. O, özünü bir-çox üslublarda və üslub birləşmələrində ifadə edə bilir, məsələn, balladalar, vals, blyuz, bugi, rok-n-rol, fank, caz- C.J. bunların hamısını bacarır. Şenyenin barmaqlarının dillər üzərində çox cəld aşagı və yuxarı hərəkət etdiyini görən bir tənqidçii bunun “həyəcanlandırıcı və təsiredici” oldugunu yazmışdı. Müxtəlif janrlardan olan mahnılara və atasının mahnılarına interpretasiyalardan əlavə C.J. Şenye bir-sıra öz mahnılarını da bəstəliyib.
Onun Alligator Records musiqi studiyasında yazılan son albomları “Step İt Up!” (2001), “The Big Squeeze” (1996) və “Too Much Fun” (1995) olub. Onun ilk albomu “My Baby Don’t Wear No Shoes” 1998-ci ildə yazılıb və 1992-ci ildə CD formasında Arhoolie musiqi studiyasında işıq üzü görüb. Buraya Klifton Şenyenin klassik mahnısı olan “I’m Coming Home” da daxil edilib. C.J. Şenye başqa bir rok studiyası olan “Slash”də özünün iki albomunu da yazdırıb: “Hot Rod” (1990) və “I Ain’t No Playboy” (1992)
Adının Luiziana olmasına baxmayaraq “Red Hot Lousiana Band” çox vaxt ştatdan kənarda, qastrol turlarında olur və Şenye Hyustonu öz evi adlandırır. Amma 1999-cu ilin sentyabr ayının ortalarında o, Lafayetdə üzərində “Centre de Services Communautaries Clifton Chenier” (Klifton Şenye adına Mədəniyyət Evi) yazılmış lövhə olan binanın açılış mərasimində iştirak edib. Mərasimdən bir gün əvvəl “Red Hot Louisiana Band” Lafayetin mərkəzində konsertlə çıxış edib.

Başlanğıc: 20:30
Giriş pulsuzdur


Bakı Jazz Mərkəzinə xoş gəlmisiniz

Bakı Caz Mərkəzi Azərbaycanda caz mədəniyyətinin inkişafı və dəstəyi üçün yaradilmışdır.

Yalnız burada siz bütövlükdə caz improvizasiyalarının həyəcanlandıran atmosferinə dala bilərsiniz. Burada siz məşhur caz musiqiçiləri dinləyə və müxtəlif caz istiqamətlərində işləyən gənc musiqiçilərlə tanış ola bilərsiniz.

Professional səs avadanlıqları sizə musiqidən unudulmaz həzz almaq imkani verəcək. Böyük ekranda isə yüksəs keyfiyyətli caz konsertləri və filmləri izləyə bilərsiniz.

Restoranımız sizə tamamilə yeni avropa mətbəxi menyusunu təqdim edir. Professional xidmət və təcrübəli personalımız sizin üçün rahat, sərbəst və isti mühit yaradacaqlar. Müasir üslubda bəzədilmiş geniş və gözəl zal sizə banket, korporativ tədbirlər və təqdimat mərasimləri keçirmək imkanı verəcək.

Əgər siz gözəl dincəlmək, xoş gecə keçirmək və əsl cazdan həzz almaq istəyirsinizsə, Bakı Caz Mərkəzi sizi gözləyir.

Hər axşam 21.00 – dan proqramimizda canlı musiqi:

Çərşənbə axşamı
Baku Jazz Band qrupu: Zaur Mirzəyev (tenor və alt saksafon), Azad Qurbanov (truba), Dəyanət Məmmədov (trombon), Əfqan Rəsulov (fortepiano), Saleh Məmmədov (basgitara) və Tofiq Cabbarov (perkussiyalar)

Çərşənbə
Caz Trio: Salman Qəmbərov (fortepiano), Ruslan Hüseynov (kontrabas və basgitara) və Ramin Sultanov (zərb alətləri)

Cümə axşamı
Rain Sultanovun kvarteti: Rain Sultanov (saksafonlar), Elçin Şirinov (fortepiano), Ruslan Hüseynov (kontrabas və basgitara) və Ramin Sultanov (zərb alətləri)

Cümə
Ülviyyə Rəhimova çıxış edir.
Müşayət edirlər: İsfar Sarabskiy (fortepiano), Ruslan Hüseynov (kontrabas və basgitara), Elçin Hüseyli (saksafon), Tofiq Cabbarov (perkussiyalar) və Ramin Sultanov (zərb alətləri)

Şənbə
Oxucu Aysel Quliyeva.
Müşayət edirlər: Emil Məmmədov (fortepiano), Ruslan Hüseynov (kontrabas) və Vaqif Əliyev (zərb alətləri)

Bazar
Caz kvartet: Elçin Şirinov (fortepiano), Timur Bulatov (truba), Ruslan Hüseynov (kontrabas) və Vaqif Əliyev (zərb alətləri)

Bazar ertəsi
Dünya caz ulduzlarının iştirakı ilə videokonsertlərin və filmlərin nümayişini böyük ekranda izləyə bilərsiniz.
Başlanğıc: saat 21.00