Baku Jazz Center TƏQDİM EDİR

"It all began in Poland" Qjeqoj Karnasın Qrupu
15 sentyabr, 2009-cu il
Qjeqoj Karnas
Qjeqoj Karnas. 1972-ci ildə Polşada, Yuxarı Sileziyada, musiqi ənənələri olmayan ailədə anadan olmuşdur.

Bir il ərzində, Rıbnik şəhərinin orta musiqi məktəbində gitara üzrə təhsil almışdı. Polşada nüfuzlu sayılan Katovitse Musiqi Akademiyasının Caz İnstitutunun məzunudur.
Karnas həm Polşa caz səhnəsinin ən yaxşı gənc təmsilçiləri, həm də əfsanəvi caz ustaları ilə işləyib. 1988-ci ildə o, Polşanın Zamoşç şəhərində keçirilən Caz İfaçılarının Beynəlxalq Görüşünün birinci mükafatına layiq görülmüşdü. Bundan sonra onun Reinkarnasiya (Nottwo 2000) adlı albomu işıq üzü görmüşdür. Bu albomla Karnas Polşanın və Slovakiyanın tanınmış klub və festival səhnələrində, o cümlədən Kaliş şəhərindəki Caz Pianoçularının Beynəlxalq Festivalında, Bratislavadakı Caz Günləri zamanı konsertlərlə çıxış etmişdir. 2004-cü ilin yayında Qjeqoj Karnasın “Sny – Dreams of a Ninth Floor» (DeBies 2004) solo-layihəsinin premyerası oldu, bu dəfə o, prodüser qismində də çıxış etmişdir. Həmin albomuna dəstək məqsədi ilə, o, Polşa (Varşava Yay Caz Günləri), Slovakiya və Çex Respublikası (Prague Jazz Open, Jazz Goes To Town in Hradec Kralove, Kositse şəhərindəki Beynəlxalq Caz Festivalı), Almaniya və Rumıniya və s. ölkələrdə (Sibiu şəhərindəki Caz Festivalı) 30-dan çox klub və festival səhnələrində konsertlərin seriyası ilə çıxış edir. Parlaq sileziyalı violonçelçi, Adam Olesin iştirakı ilə yaradılmış “Dünyanın sonu üçün balladalar” adlı onun yeni albomu 2006-cı ilin aprel ayında işıq üzü görmüşdü. Həm iki layihənin dəstəyinə konsertlər 2007-ci ildə keçirilmişdir.

Qjeqoj Karnas
Həmçinin, Karnas 2006-cı ildə Brüsseldakı Caz Musiqisinin Gənc İfaçıları Müsabiqəsinin birinci mükafatına layiq görülmüşdü. 2007-ci ilin avqust ayında Fransanın cənubunda keçirilmiş Crest Jazz Vocal Competition müsabiqəsinin qalibi olmuşdur. O, eləcə də, „Voicingers” adlı Oxuyan Musiqiçilər üçün Beynəlxalq Caz Müsabiqəsinin bədii direktorudur. Ona görə də, Karnas Portuqaliya, Fransa, Almaniya, Norveç, Moldova, Belçika, Böyük Britaniya kimi ölkələrdə konsertlərlə çıxış etmişdir.

Qjeqoj Karnas

20:00 da
başlayır
Giriş pulsuzdur


Bakı Jazz Mərkəzinə xoş gəlmisiniz

Bakı Caz Mərkəzi Azərbaycanda caz mədəniyyətinin inkişafı və dəstəyi üçün yaradilmışdır.

Yalnız burada siz bütövlükdə caz improvizasiyalarının həyəcanlandıran atmosferinə dala bilərsiniz. Burada siz məşhur caz musiqiçiləri dinləyə və müxtəlif caz istiqamətlərində işləyən gənc musiqiçilərlə tanış ola bilərsiniz.

Professional səs avadanlıqları sizə musiqidən unudulmaz həzz almaq imkani verəcək. Böyük ekranda isə yüksəs keyfiyyətli caz konsertləri və filmləri izləyə bilərsiniz.

Restoranımız sizə tamamilə yeni avropa mətbəxi menyusunu təqdim edir. Professional xidmət və təcrübəli personalımız sizin üçün rahat, sərbəst və isti mühit yaradacaqlar. Müasir üslubda bəzədilmiş geniş və gözəl zal sizə banket, korporativ tədbirlər və təqdimat mərasimləri keçirmək imkanı verəcək.

Əgər siz gözəl dincəlmək, xoş gecə keçirmək və əsl cazdan həzz almaq istəyirsinizsə, Bakı Caz Mərkəzi sizi gözləyir.

Hər axşam 21.00 – dan proqramimizda canlı musiqi:

Çərşənbə axşamı
Baku Jazz Band qrupu: Zaur Mirzəyev (tenor və alt saksafon), Azad Qurbanov (truba), Dəyanət Məmmədov (trombon), Əfqan Rəsulov (fortepiano), Saleh Məmmədov (basgitara) və Tofiq Cabbarov (perkussiyalar)

Çərşənbə
Caz Trio: Salman Qəmbərov (fortepiano), Ruslan Hüseynov (kontrabas və basgitara) və Ramin Sultanov (zərb alətləri)

Cümə axşamı
Rain Sultanovun kvarteti: Rain Sultanov (saksafonlar), Elçin Şirinov (fortepiano), Ruslan Hüseynov (kontrabas və basgitara) və Ramin Sultanov (zərb alətləri)

Cümə
Ülviyyə Rəhimova çıxış edir.
Müşayət edirlər: İsfar Sarabskiy (fortepiano), Ruslan Hüseynov (kontrabas və basgitara), Elçin Hüseyli (saksafon), Tofiq Cabbarov (perkussiyalar) və Ramin Sultanov (zərb alətləri)

Şənbə
Oxucu Aysel Quliyeva.
Müşayət edirlər: Emil Məmmədov (fortepiano), Ruslan Hüseynov (kontrabas) və Vaqif Əliyev (zərb alətləri)

Bazar
Caz kvartet: Elçin Şirinov (fortepiano), Timur Bulatov (truba), Ruslan Hüseynov (kontrabas) və Vaqif Əliyev (zərb alətləri)

Bazar ertəsi
Dünya caz ulduzlarının iştirakı ilə videokonsertlərin və filmlərin nümayişini böyük ekranda izləyə bilərsiniz.
Başlanğıc: saat 21.00