Baku Jazz Center TƏQDİM EDİR

Hörmətli xanımlar və cənablar!

Siz bayram, əlvan işıqlar, şampan, musiqi, isti münasibət və əyləncəli Yeni il proqramı istəyirsiniz?

Yeni Il

Bütün bunları siz yeni il gecəsi bizdə tapacaqsınız.

Biz sizə yeni il xoşbəxtliyinin sirrini açacağıq.

Bizdən sizə ən xoş təəssüratlar qalacaq: rahatlıq atmosferi, rəngarəng musiqi proqramı, nəfis mətbəx, hədiyyələr oynanılması, yeni il sürprizləri.

Bizim caz ulduzları və populyar artistlərin çıxışları yeni il gecəsini əyləncə dolu, parlaq şouya çevirəcək!

Siz sürprizlər, oyunlar və həyəcanlı möcüzə gözləyişi ilə dolu unudulmaz gecə keçirəcəksiniz! Sözsüz ki, biz viktorinaların qalibləri üçün yeni il hədiyyələri hazırlamışıq.

Baş aşbazımız sizin üçün ən ləziz yeməklər və ən gözəl süfrə hazırlayıb. Nəzakətli ofisiantlarımız – boş bokala reaksiya vermək sürəti üzrə əsl çempionlar - sizin xidmətininzdədirlər!

Administratorlarımız hər bir istəyinizi nəzərə alacaqlar və siz hətta yeni il banketinin nə qədər xoş təəssüratlar bəxş edə biləcəyinə təəccüblənəcəksiz! Bütün yeni il şou – proqramının finalında bağlayıcı şık və dəbdəbə payı olaraq yeni il diskotekası olacaq. DJ – miz yeni il əhval – ruhiyyənizi artıracaq və səhərə kimi qonaqları rəqs meydanına cəlb edəcək.

Amma bir dəfə görmək, yüz dəfə eşitməkdən yaxşıdır, buna görə də sizi qarşıda gələn yeni il münasibəti ilə təbrik edir və “Xoş gəlmisiniz” deyirik!

Bakı Jazz Mərkəzinə xoş gəlmisiniz

Bakı Caz Mərkəzi Azərbaycanda caz mədəniyyətinin inkişafı və dəstəyi üçün yaradilmışdır.

Yalnız burada siz bütövlükdə caz improvizasiyalarının həyəcanlandıran atmosferinə dala bilərsiniz. Burada siz məşhur caz musiqiçiləri dinləyə və müxtəlif caz istiqamətlərində işləyən gənc musiqiçilərlə tanış ola bilərsiniz.

Professional səs avadanlıqları sizə musiqidən unudulmaz həzz almaq imkani verəcək. Böyük ekranda isə yüksəs keyfiyyətli caz konsertləri və filmləri izləyə bilərsiniz.

Restoranımız sizə tamamilə yeni avropa mətbəxi menyusunu təqdim edir. Professional xidmət və təcrübəli personalımız sizin üçün rahat, sərbəst və isti mühit yaradacaqlar. Müasir üslubda bəzədilmiş geniş və gözəl zal sizə banket, korporativ tədbirlər və təqdimat mərasimləri keçirmək imkanı verəcək.

Əgər siz gözəl dincəlmək, xoş gecə keçirmək və əsl cazdan həzz almaq istəyirsinizsə, Bakı Caz Mərkəzi sizi gözləyir.

Hər axşam 21.00 – dan proqramimizda canlı musiqi:

Çərşənbə axşamı
Baku Jazz Band qrupu: Zaur Mirzəyev (tenor və alt saksafon), Azad Qurbanov (truba), Dəyanət Məmmədov (trombon), Əfqan Rəsulov (fortepiano), Saleh Məmmədov (basgitara) və Tofiq Cabbarov (perkussiyalar)

Çərşənbə
Caz Trio: Salman Qəmbərov (fortepiano), Ruslan Hüseynov (kontrabas və basgitara) və Ramin Sultanov (zərb alətləri)

Cümə axşamı
Rain Sultanovun kvarteti: Rain Sultanov (saksafonlar), Elçin Şirinov (fortepiano), Ruslan Hüseynov (kontrabas və basgitara) və Ramin Sultanov (zərb alətləri)

Cümə
Ülviyyə Rəhimova çıxış edir.
Müşayət edirlər: İsfar Sarabskiy (fortepiano), Ruslan Hüseynov (kontrabas və basgitara), Elçin Hüseyli (saksafon), Tofiq Cabbarov (perkussiyalar) və Ramin Sultanov (zərb alətləri)

Şənbə
Oxucu Aysel Quliyeva.
Müşayət edirlər: Emil Məmmədov (fortepiano), Ruslan Hüseynov (kontrabas) və Vaqif Əliyev (zərb alətləri)

Bazar
Caz kvartet: Elçin Şirinov (fortepiano), Timur Bulatov (truba), Ruslan Hüseynov (kontrabas) və Vaqif Əliyev (zərb alətləri)

Bazar ertəsi
Dünya caz ulduzlarının iştirakı ilə videokonsertlərin və filmlərin nümayişini böyük ekranda izləyə bilərsiniz.
Başlanğıc: saat 21.00